Britaniyada qasırğa: evlər su altında qalıb, insanlar təxliyyə edilir

Britaniyada qasırğa: evlər su altında qalıb, insanlar təxliyyə edilir İngiltərə və Şotlandiya arasında qatar xidməti dayandırılıb
Digər ölkələr
6 Dekabr , 2015 16:38
Britaniyada qasırğa: evlər su altında qalıb, insanlar təxliyyə edilir

Bakı. 6 dekabr. REPORT.AZ/ İngiltərənin şimalında və Şotlandiyada Desmond qasırğasının davam etməsi nəticəsində daşqın sularının pik həddə çatacağı gözlənilir.

"Report" BBC-yə istinadən xəbər verir ki, Cumbria və Şotlandiya regionlarının sərhədlərində mindən çox insan evlərindən təxliyyə edilib.

Hazırda İngiltərə və Şotlandiya arasında qatar xidməti dayandırılıb, bir çox yollar bağlanıb.

Ətraf mühit Agentliyi bildirir ki, 200-ə qədər ev daşqın altında qalıb, xilasetmə işlərinə hərbi heyət cəlb edilib.

Hazırda yağış İngiltərənin cənub-şərqinə doğru irəliləyir. Bazar günü şimal-qərbi İngiltərədə də yağışlar gözlənilir.

Son xəbərlər

Orphus sistemi