Britaniyada meymunçiçəyinə yoluxma sayı 106-ya yüksəlib

Britaniyada meymunçiçəyinə yoluxma sayı 106-ya yüksəlib Britaniyanın səhiyyə xidmətləri ölkədə bir gündə daha 16 meymun çiçəyi infeksiyası aşkarlayıb. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) cümə günü öz saytında infeksiyaların ümumi sayının 106-ya çatdığını açıqladı.
Digər ölkələr
28 May , 2022 03:56
Britaniyada meymunçiçəyinə yoluxma sayı 106-ya yüksəlib

Böyük Britaniyada meymunçiçəyinə daha 16 yoluxma qeydə alınıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bununla da ümumi yoluxma sayı 106-ya çatıb. Onlardan 101-i İngiltərədə, üçü Şotlandiyada, bir nəfər isə Uelsdə aşkarlanıb.

Agentlik əlavə edib ki, virusun ölkə əhalisi üçün yaratdığı təhlükə səviyyəsi aşağı olaraq qalır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, çiçək xəstəliyinə qarşı vaxtında peyvənd 85 % hallarda meymun xəstəliyinə yoluxmadan qorunma təmin edir. Əvvəllər peyvənd olunmuşlarda xəstəlik daha yüngül keçir.

Son xəbərlər

Orphus sistemi