Yuxarı

Britaniyada mənzillərdə baş verən xırda qarətlərin araşdırılmasından imtina edilir

Dəyişikliklər son 4 ildə hüquq-mühafizə orqanlarının büdcəsinin 25% azaldılması ilə bağlıdır

Bakı. 30 iyul. REPORT.AZ/ Britaniya polisi mənzillərdə baş verən xırda qarətlərin araşdırılmasından imtina etməyi düşünür.

"Report"un "RİA Novosti"yə istinadən xəbər verir ki, Polis Rəisləri Milli Şurasının rəhbəri Sara Tornton bu cür dəyişikliklərin son 4 ildə hüquq-mühafizə orqanlarının büdcəsinin 25% azaldılması ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, qarşıdakı on il ərzində Britaniya polisində kütləvi ixtisarlar gözlənilir: "Ümumilikdə, 70 min əməkdaşın ixtisar edilməsi nəzərdə tutulur. Biz diqqətimizi daha vacıb məsələlərə, seksual xarakterli cinayətlərin açılmasına, terrorizm və kibercinayətkarlıqla mübarizəyə yönəltməliyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi