Britaniyada koronavirus qurbanlarının sayı 40,8 min nəfəri ötdü

Britaniyada koronavirus qurbanlarının sayı 40,8 min nəfəri ötdü Son gün ərzində Britaniyada daha 286 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
10 İyun , 2020 00:40
Britaniyada koronavirus qurbanlarının sayı 40,8 min nəfəri ötdü

Son gün ərzində Britaniyada daha 286 nəfər koronavirusdan ölüb.

"Report" xəbər verir ki, bu barədə “Daily Mirror” krallığın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, bununla da pandemiya qurbanlarının ümumi sayı 40 883 nəfərə çatıb.

Ölkədə COVID-19-la bağlı 5,8 milyondan çox test aparılıb.

Qeyd edək ki, Britaniya dünyada koronavirus qurbanlarının sayına görə dünyada bir sıra ölkələri qabaqlayıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,2 milyonu ötüb. Bunların 3,5 milyon nəfərdən çoxu sağalıb, 408 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi