Britaniyada koronavirusdan ölənlərin sayı 20 mini ötdü

Britaniyada koronavirusdan ölənlərin sayı 20 mini ötdü Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 813 nəfər artıb.
Digər ölkələr
25 aprel 2020 14:49
Britaniyada koronavirusdan ölənlərin sayı 20 mini ötdü

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 813 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 20 319 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 913 nəfər artaraq 148 377 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi