Böyük Britaniyada yeni koronavirus qurbanlarının sayı bir gün ərzində daha 616 nəfər artıb.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da krallıqda COVID-19 qurbanlarının ümumi sayı 18 738 nəfər təşkil edir.
Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 583 nəfər artaraq, 138 078 nəfərə çatıb.
Son gün ərzində 14 629 insan COVID-19 testi verib. Ölkədə indiyədək 425 821 nəfər koronavirus testi verib.
Krallıqda koronavirusdan bir gün ərzində ən böyük ölüm sayı aprelin 10-da qeydə alınıb. Həmin gün 980 nəfər pandemiyanın qurbanı olub. insan. Sonrakı günlərdə ölüm halları - 917, 737, 717, 778, 761, 861, 847, 888, 596, 449, 823, 759 və 616 təşkil edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.