Britaniyada koronavirusdan ölənlərin sayı 12 mini keçdi

Britaniyada koronavirusdan ölənlərin sayı 12 mini keçdi Böyük Britaniyada son sutkada 778 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
14 Aprel , 2020 17:42
Britaniyada koronavirusdan ölənlərin sayı 12 mini keçdi
0 : 00
0 : 00

Böyük Britaniyada son sutkada 778 nəfər koronavirusdan ölüb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bununla da krallıqda pandemiy qurbanlarının sayı 12 107-yə çatıb.

Məlumatda həmçinin daha 5 252 nəfərdə koronavirus aşkarlanıb və bununla da krallıqda infeksiya daşıyıcılarının sayı 93 873-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 946 000-i ötüb. Bunların 460 111 nəfəri sağalıb, 121 704 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi