Böyük Britaniyada son sutkada koronavirusa yoluxanlar 958 nəfər artaraq 305 289-a, ölənlər isə 15 nəfər artaraq 42 647-yə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi bildirib.
Hər iki göstərici pandemiya başlayandan ən aşağı həddir.
Qeyd edək ki, Böyük Britaniya koronavirusa yoluxanların ümumi sayına görə 5-ci yerdə, ölənlərin sayına görə isə 3-cü yerdədir.