Britaniyada koronavirus qurbanlarının sayı 20,7 mini ötdü

Britaniyada koronavirus qurbanlarının sayı 20,7 mini ötdü Böyük Britaniyada koronavirusdan ölənlərin sayı son bir gündə 413 nəfər artıb.
Digər ölkələr
26 aprel 2020 16:02
Britaniyada koronavirus qurbanlarının sayı 20,7 mini ötdü

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı son bir gündə 413 nəfər artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı, ərzaq və ətraf mühit işləri üzrə naziri Corc Yustis bildirib.

O, qeyd edib ki, ölkədə COVID-19-a yoluxanların sayı 4 463-ə çatıb.

Beləliklə, krallıqda koronavirusdan ölənlərin ümumi sayı 20 732 nəfərə, xəstələrin sayı 152 840 nəfərə çatıb.

Nazir qeyd edib ki, son bir gün ərzində COVID-19-la bağlı 29 mindən çox test keçirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi