​Britaniyada keçirilən referendumun ölkələr üzrə nəticələri açıqlanıb

​Britaniyada keçirilən referendumun ölkələr üzrə nəticələri açıqlanıb Krallıq üzrə səsvermədə iştirak edən 17 milyon 410 min 742 seçici Avropa İttifaqından çıxmağın lehinə səs verib
Digər ölkələr
24 İyun , 2016 12:53
​Britaniyada keçirilən referendumun ölkələr üzrə nəticələri açıqlanıb

Bakı. 24 iyun. REPORT.AZ/ Böyük Britaniyada keçirilən referendumun ölkələr üzrə nəticələri açıqlanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, İngiltərədəki seçicilərin 53,4 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının lehinə səs verib, 46,6 faizi isə ölkələrinin ittifaqda qalmasının lehinə olub.

İnformasiyaya görə, Şimali İrlandiya seçicilərinin 55,8 faizi Avropa İttifaqında qalmağın, 44,2 faiz isə çıxmağın, Sotlandiyada 62 faizi qalmağın, 38 faizi isə əksinə, Uelsdə 47,5 faiz qalmağın, 52,5 faizi isə getməyin lehinə səs verib.

Məlumata əsasən, krallıq üzrə səsvermədə iştirak edən seçicilərin 51,9 faizi, yaxud 17 milyon 410 min 742 nəfər Avropa İttifaqından çıxmağın, 48,1 faizi və ya 16 miyon 141 min 241 nəfər isə qalmağın lehinə olub.

Xatırladaq ki, referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçmişdi. Səsvermədə seçicilərin 72,2 faizinin iştirak etdiyi bildirilib. 

Son xəbərlər

Orphus sistemi