Britaniyada dövriyyəyə yeni əsginas buraxıldı

Britaniyada dövriyyəyə yeni əsginas buraxıldı Böyük Britaniyada üzərində rəssam Uilyam Törnerin (1775-1851) təsvir olunduğu və sintetik polimerlərdən hazırlanmış yeni 20 funt sterlinqlik əsginaslar dövriyyəyə buraxılıb.
Digər ölkələr
20 Fevral , 2020 12:58
Britaniyada dövriyyəyə yeni əsginas buraxıldı

Böyük Britaniyada üzərində rəssam Uilyam Törnerin (1775-1851) təsvir olunduğu və sintetik polimerlərdən hazırlanmış yeni 20 funt sterlinqlik əsginaslar dövriyyəyə buraxılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, yeni əsginas pambıq-parça tərkibli və üzərində iqtisadçı və publisist Adam Smitin (1723-1790) təsviri olan “20-liy”i əvəz edib.

Yeni əsginas Birləşmiş Krallıqda dözümlü polimerlərdən hazırlanan üçüncü banknot olub. Buna qədər 2016-cı ildə üzərində Uinston Çörçillin (1874-1965) təsviri olan 5 funtluq, 2017-ci ildə isə üzərində yazıçı Ceyn Ostinin (1775-1817) təsvir edildiyi 10 funtluq əsginaslar dövriyyəyə buraxılmışdı.

Yeni əsginaslar ikirəngli poliqrafik folqa və holoqramlı olmaqla saxtalaşdırılmağa qarşı ən güclü müdafiəyə malikdirlər.

Britaniya Mərkəzi Bankı artıq 2021-ci ilin sonlarına qədər üzərində riyaziyyatçı, kriptoqraf və informatikanın banisi Alan Türinqin (1912-1954) təsviri olan 50 funt sterlinqlik polimer əsginas dövriyyəyə buraxmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi