Britaniyada daha 315 insan koronavirusun qurbanı oldu

Britaniyada daha 315 insan koronavirusun qurbanı oldu Böyük Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 28 446 nəfər təşkil edir.
Digər ölkələr
234
3 May , 2020 22:39
Britaniyada daha 315 insan koronavirusun qurbanı oldu

Böyük Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 28 446 nəfər təşkil edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti Katibliyinin başçısı Maykl Qouv keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, son gün ölkədə daha 315 nəfər pandemiyanın qurbanı olub.

"Təəssüf ki, COVID-19 diaqnozunun təsdiq edildiyi şəxslərdən son gün ərzində 315 nəfəri öldü", - Qouv deyib.

Son sutka ərzində yeni yoluxma ilə bağlı aşkar edilmiş halların sayı daha 4 339 artaraq 186 599-a yüksəlib. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi