Britaniyada "Brexit"in xeyrinə aparılan kampaniyanın təşkilatçıları cərimələnib

Britaniyada "Brexit"in xeyrinə aparılan kampaniyanın təşkilatçıları cərimələnib Leave.EU kampaniyasının təşkilatçılarını xərc limitini azı 10% aşıb
Digər ölkələr
11 May , 2018 13:52
Britaniyada Brexitin xeyrinə aparılan kampaniyanın təşkilatçıları cərimələnib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından çıxışının tərəfdarı olan Leave.EU kampaniyasının təşkilatçıları 2016-ci ildə ölkədə keçirilən referendum zamanı seçki qanununu pozduqlarına görə 70 min funt sterlinq məbləğində cərimələnib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Seçki Komissiyasının press-relizində bildirilir.

Araşdırma zamanı Leave.EU-nun referendum dövründə xərclərlə bağlı yanlış məlumat verdiyi, 77 min funt sterlinq məbləğindəki xərci ümumi siyahıya qatmadığı aşkarlanıb. Bununla Leave.EU xərc limitini azı 10% aşıb. Seçki komissiyası isə kampaniya təşkilatçılarının qanunsuz əlavə xərclərinin daha yüksək ola biləcəyini düşünür.

"The Guardian" qəzetinin məlumatına görə, "Brexit"in lehinə aparılan Leave.EU dəstək kampaniyasının baş sponsoru Arron Benks polisə təhvil verilib. A.Benks isə, öz növbəsində, seçki komissiyasının qərarı ilə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi