Britaniyada bir həftə ərzində koronavirusa yoluxanların sayı 32% artıb

Britaniyada bir həftə ərzində koronavirusa yoluxanların sayı 32% artıb Böyük Britaniyada koronavirusa yoluxanların sayı bir həftə ərzində 32% artaraq 2,3 milyon nəfərə çatıb.
Digər ölkələr
2 İyul , 2022 05:49
Britaniyada bir həftə ərzində koronavirusa yoluxanların sayı 32% artıb

Böyük Britaniyada koronavirusa yoluxanların sayı bir həftə ərzində 32% artaraq 2,3 milyon nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, bu, son iki ayda koronavirusa yoluxanların sayının ən yüksəkidir. Bu vəziyyətə səbəb olan əsas amillər koronavirus infeksiyasının yeni ştammlarının, xüsusilə BA.4 və BA.5 və digər dominant ştammların yayılmasıdır.

Böyük Britaniya əhalisinin təxminən 85%-nin yaşadığı İngiltərədə ötən həftə 1,8 milyon insana koronavirus diaqnozu qoyulub. Şotlandiyada 228,2 min, Uelsdə 106,5 min, Şimali İrlandiyada 71 min nəfərdə koronavirus aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi