Britaniyada bir gündə 182 mindən çox şəxs koronavirusa yoluxub

Britaniyada bir gündə 182 mindən çox şəxs koronavirusa yoluxub Böyük Britaniyada koronavirusa daha 182 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Bu göstərici epidemiya başlayandan bəri ölkədə virusa gündəlik ən yüksək yoluxma deməkdir.
Digər ölkələr
31 dekabr 2021 02:47
Britaniyada bir gündə 182 mindən çox şəxs koronavirusa yoluxub

Böyük Britaniyada koronavirusa daha 182 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Bu göstərici epidemiya başlayandan bəri ölkədə virusa gündəlik ən yüksək yoluxma deməkdir.

“Report”un məlumatına görə, yoluxanların son bir həftə ərzində 45% artıb. Krallıqda pandemiyanın başlanmasından indiyədək yoluxanların ümumi sayı 12,7 milyon nəfərə çatıb.

Həmçinin 332 nəfər virusun qurbanı olub, ölənlərin ümumi sayı isə 148 mini ötüb.

Ümumilikdə, indiyədək krallıqda üstünlük təşkil edən omikron ştamı ilə 229,6 min yoluxma halı aşkar edilib. Yeni ştam 54 nəfərin ölümünə səbəb olub.

Son xəbərlər

Orphus sistemi