Britaniyada anomal istilər səbəbindən hərbi poliqonda yanğın baş verib

Britaniyada anomal istilər səbəbindən hərbi poliqonda yanğın baş verib Böyük Britaniyada anomal istilər şəraitində hərbi poliqonda yanğın baş verib.
Digər ölkələr
13 iyul 2022 15:45
Britaniyada anomal istilər səbəbindən hərbi poliqonda yanğın baş verib

Böyük Britaniyada anomal istilər şəraitində hərbi poliqonda yanğın baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ITV kanalı məlumat yayıb.

Yanğın Britaniya Ordusunun bölmələrinin döyüş yerləşdirməsi üçün keçirilən təlim zamanı qeydə alınıb.

Böyük Britaniyanın cənubunda temperatur 30° Selsiyə çatıb, bazar ertəsi 33°-yə, çərşənbə axşamı isə termometr 36°-yə yüksəlib.

Son xəbərlər

Orphus sistemi