Britaniyada 9 minə yaxın insan koronavirusdan öldü

Britaniyada 9 minə yaxın insan koronavirusdan öldü Böyük Britaniyada daha 980 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
10 Aprel , 2020 20:35
Britaniyada 9 minə yaxın insan koronavirusdan öldü

Böyük Britaniyada daha 980 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bununla da ölkədə pandemiyadan ölənlərin sayı 8 958-ə çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 5 195 nəfər artaraq 70 272-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 647 000-i ötüb. Bunların 369 116 nəfəri sağalıb, 100 260 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi