Britaniyada 40 neonasist müsəlmanlar əleyhinə terror aktları hazırlamaqda şübhəli bilinir

Britaniyada 40 neonasist müsəlmanlar əleyhinə terror aktları hazırlamaqda şübhəli bilinir Ekstremistlərin böyük əksəriyyəti Yorkşir qraflığında yaşayır
Digər ölkələr
13 Avqust , 2017 13:29
Britaniyada 40 neonasist müsəlmanlar əleyhinə terror aktları hazırlamaqda şübhəli bilinir
Associated Press

Bakı. 13 avqust. REPORT.AZ/ Britaniya polisi ölkədə müsəlmanlar əleyhinə silsilə terror aktları hazırlamaqda şübhəli bilinən 40 neonasistlə bağlı təhqiqat aparır.

"Report"un məlumatına görə, bu barədə "Sunday Times" nəşri istintaqa yaxın olan mənbəyə istinadən xəbər verib.

Qəzetin xəbərində bildirilir ki, ekstremistlərin böyük əksəriyyəti Yorkşir qraflığında yaşayır. Onların fəaliyyəti keçən ilin iyununda, İcmalar Palatasının deputatı Co Koskun öldürülməsindən sonra aktivləşib. Təhqiqata ölkənin "Mİ-5" xidməti də qoşulub.

Bildirilir ki, neonasistlər hücum planlarını hazırlayan vaxt neonasistlər müsəlman icmalarının nümayəndələriylə tanışlıq əlaqələr qururlar və İslam təşkilatlarının, birləşmələrin işini öyrənirlər, həmçinin ən zəif hədəfləri diqqətlə seçirlər.

Qəzetin müsahibi radikallar tərəfindən təşkil edilmiş terror aktlarının sayının artmasını qabaqcadan xəbər verib.

Son xəbərlər

Orphus sistemi