Bakı. 6 mart. REPORT.AZ/ Böyük Britaniya xüsusi xidmət orqanları təxminən son dörd il ərzində ölkə ərazisində 13 mümkün terror aktının qarşısını alıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt polisi xidmətinin komissar yardımçısı Mark Rouli bu hücumların bəzilərinin qarşısının alınmasına sakinlər yardım ediyini deyib.
Onun sözlərinə görə, belə hallar müstəsna töhfədir.
M.Rouli belə yardımların bəzən istintaq başladılması ilə nəticələndiyini qeyd edib.