“Putin Ukraynada uduzmalıdır”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın XİN başçısı Liz Trass tviter hesabında yazıb.
“Böyük Britaniyanın Baltikyanı müttəfiqlərinə sadiqliyi sarsılmazdır. Biz Ukraynaya özünü müdafiə etməkdə, NATO-nun şərq cinahını gücləndirməkdə və Avropanın təhlükəsizliyini dəstəkləməkdə kömək edirik” - deyə, paylaşımda bildirilib.