Britaniya XİN başçısı: İranla "altılıq" arasındakı danışıqlar iyunadək uzadılıb

Britaniya XİN başçısı: İranla "altılıq" arasındakı danışıqlar iyunadək uzadılıb Vyanada İranın nüvə problemi üzrə "altılıq" ölkələrinin görüşü başa çatıb
Digər ölkələr
24 Noyabr , 2014 18:24
Britaniya XİN başçısı: İranla altılıq arasındakı danışıqlar iyunadək uzadılıb

Bakı. 24 noyabr. REPORT.AZ/ İran və "altılıq" ölkələri arasında nüvə danışıqları iyun ayına qədər uzadılıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib. 

O əlavə edib ki, Vyanada keçirilən danışıqlarda İranla "altılıq" ölkələri xeyli irəliləyişə nail olublar. 

Qeyd edək ki, bu gün Vyanada İranın nüvə problemi üzrə beynəlxalq vasitəçilərlə rəsmi Tehranın görüşü başa çatıb.

Görüşdə ABŞ dövlət katibi Con Kerri, Rusiya XİN rəhbəri Sergey Lavrov, Böyük Britaniya XİN başçısı Filip Hammond, Fransa XİN rəhbəri Loran Fabius, Almaniya XİN başçısı Frank Valter Ştaynmayer, Çin XİN rəhbəri Van İ və "altılıq" ölkələrinin koordinatoru Ketrin Eşton iştirak ediblər. 

Bu, noyabr ayının 18-də danışıqların final raundunda ilk ümumi görüşdür. Bundan əvvəl çoxsaylı ikitərəfli görüşlər, eləcə də Kerri-Zərif-Eşton formatında görüşlər keçirilib. İran və "altılıq" ölkələrinin İranın nüvə proqramının sülhməqsədli olmasına təminat verilməsi və bu ölkəyə tətbiq edilmiş beynəlxalq sanksiyaların aradan qaldırılması üçün razılaşma mətninin hazırlanmasının son müddəti noyabr ayının 24-də başa çatır.

Son xəbərlər

Orphus sistemi