Yuxarı
    Bağlamaq

    ​Britaniya XİN başçısı: "Hamı üçün faydalı olacaq anlaşmaya İsrail də praqmatik yanaşacaq"

    Filipp Hammond: Binyamin Netanyahunun cəhdinin uğursuzluqla nəticələnəcəyinə əminəm

    Bakı. 16 iyul. REPORT.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Filipp Hammond İranın nüvə proqramı üzrə əldə edilən razılaşmanı müzakirə etmək üçün İsrailə səfər edib.

    "Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

    Britaniyalı nazir bildirib ki, sabah İsrailin baş naziri Binyamin Netanyahu ilə İranın nüvə proqramı üzrə razılaşmaya dair danışıqlar aparacaq.

    Onun sözlərinə görə, yəhudi dövlətinin hökumət başçısı razılaşma ilə bağlı ABŞ Konqresinin üzvlərinə təsir göstərməyə cəhd edir: "Onun cəhdinin uğursuzluqla nəticələnəcəyinə əminəm. Ona da əminəm ki, hamı üçün faydalı olacaq anlaşmaya İsrail də praqmatik yanaşacaq".

    Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu iyulun 14-də İranın atom proqramı üzrə Tehranla "altılıq" ölkələri arasında imzalanan razılaşmanı  "tarixi səhv" adlandırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi