Britaniya xaricdəki həbsxanaları icarəyə götürmək niyyətindədir

Britaniya xaricdəki həbsxanaları icarəyə götürmək niyyətindədir Britaniya həbsxanalarında yer çatışmazlığı səbəbindən ölkə rəhbərliyi həbsxanaları xaricdə icarəyə götürmək imkanını nəzərdən keçirməyi planlaşdırır.
Digər ölkələr
4 Oktyabr , 2023 06:33
Britaniya xaricdəki həbsxanaları icarəyə götürmək niyyətindədir

Böyük Britaniya həbsxanalarında yer çatışmazlığı səbəbindən ölkə rəhbərliyi həbsxanaları xaricdə icarəyə götürmək imkanını nəzərdən keçirməyi planlaşdırır.

"Report"un məlumatına görə, bunu Britaniyanın ədliyyə naziri Aleks Çok Mühafizəkarlar Partiyasının qurultayında deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi ölkədə mövcud həbsxanaları genişləndirir, təmir edir və minlərlə yeni işçi işə götürür. Bununla yanaşı, nazir vurğulayıb ki, hakimiyyət Norveç nümunəsini nəzərdən keçirmək, xaricdə həbsxanaların icarəyə götürülməsi imkanlarını araşdırmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi