Britaniya və Fransa qanunsuz immiqrasiyaya qarşı birgə mübarizə aparacaq

Britaniya və Fransa qanunsuz immiqrasiyaya qarşı birgə mübarizə aparacaq Böyük Britaniya və Fransa qanunsuz immiqrasiyaya qarşı mübarizəni gücləndirəcəklər.
Digər ölkələr
21 İyul , 2021 05:35
Britaniya və Fransa qanunsuz immiqrasiyaya qarşı birgə mübarizə aparacaq
Courtesy İmage

Böyük Britaniya və Fransa qanunsuz immiqrasiyaya qarşı mübarizəni gücləndirəcəklər.

“Report” xəbər verir ki, bununla bağlı müqaviləni iki ölkənin daxili işlər nazirləri Priti Patel və Jerald Darmanin imzalayıblar.

Miqrantlar qanunsuz olaraq tez-tez La-Manş boğazını keçərək Böyük Britaniyaya getmək üçün fürsət axtarırlar. Burada onları sosial proqramlar, qaçqın statusu və müavinət almaq imkanı cəlb edir.

Sənədə əsasən Fransa sahillərində mühafizə gəmilərinin, çimərliklərdə isə polis əməkdaşlarının sayı iki dəfədən çox artırılacaq.

Son xəbərlər

Orphus sistemi