Yuxarı
    Bağlamaq

    Britaniya Suriyanın müxalif qüvvələrinə təlim keçəcək

    Təlimlər Türkiyədə, ABŞ-ın proqramı çərçivəsində keçiriləcək

    Bakı. 26 mart. REPORT.AZ/ Böyük Britaniya Suriyanın "mötədil" müxalifət qüvvələrinə hərbi təlim keçəcək. "Report" BBC-yə istinadən xəbər verir ki bu məlumatı Britaniyanın müdafiə katibi Maykl Fallon təsdiqləyib.

    Təxminən 75 təlimçi və qərargah işçisi kiçik silahlar, piyada qoşunlar taktikası və müalicə ilə bağlı təlimlər keçirəcək. Təlimlər Türkiyədə, ABŞ-ın proqramı çərçivəsində keçiriləcək. Fallon deyib ki, İslam Dövlətini (İD) ancaq Suriya və İraqdakı yerli qüvvələr məğlub edə bilər. 

    Bu arada bir qrup britaniyalı millət vəkilləri xəbərdarlıq edib ki, İD qruplaşmasına qoşulmaq məqsədilə ölkəni tərk edənlərin qarşısını almaq üçün Birləşmiş Krallıq kifayət qədər tədbirlər görmür.

    Britaniya onların "qəlblərini və düşüncələrini" fəth etməlidir, Daxili İşlər üzrə Parlament Komitəsinin sədri Keqz Vaz deyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi