Böyük Britaniya son 5 ildə ilk dəfə İrana səfir təyin edib

Böyük Britaniya son 5 ildə ilk dəfə İrana səfir təyin edib Boris Conson: "Ümid edirəm ki, bu addım iki ölkə arasında məhsuldar əməkdaşlığa imkan verəcək"
Digər ölkələr
5 Sentyabr , 2016 17:09
Böyük Britaniya son 5 ildə ilk dəfə İrana səfir təyin edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Böyük Britaniya hakimiyyəti İrana yeni səfir təyin edib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, yeni səfirin adı Nikolas Hoptandır.

O, bundan əvvəl Böyük Britaniyanın Qətər və Yəməndəki səfiri olub.

"Ümid edirəm ki, bu addım iki ölkə arasında məhsuldar əməkdaşlığa imkan verəcək. Bu bizə bəzi məsələləri, o cümlədən insan haqlarının qorunması və terrorçuluğa qarşı mübarizədə birbaşa təmas saxlamağımıza yardım edəcək", - deyə Britaniyaın xarici işlər naziri Boris Conson bildirib.

Qeyd edək ki, 2011-ci il noyabrın 29-da İrana qarşı sanksiyalara etiraz olaraq, Böyük Britaniyanın İrandakı səfirliyinə basqın edilmişdi. Həmin hadisədən sonra rəsmi Londonla Tehran arasında bütün əlaqələr, o cümlədən diplomatik münasibətləri kəsilmişdi. Ötən ilin yayında İranın atom-nüvə proqramı ilə bağlı razılaşmadan sonra tərəflər arasında isti münasibət yaranmağa başlayıb.

Son 5 ildə Britaniya ilk dəfədir İrana səfir təyin edir. 

Son xəbərlər

Orphus sistemi