Britaniya "Skripal işi"nə görə KSQT-nin sessiyasını çağıracaq

Britaniya "Skripal işi"nə görə KSQT-nin sessiyasını çağıracaq Bakı. 18 may. REPORT.AZ/ Britaniya Skripal işinə və Suriyada kimyəvi silahdan istifadəyə görə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) sessiyasını çağıracaq.
Digər ölkələr
18 May , 2018 23:25
Britaniya Skripal işinə görə KSQT-nin sessiyasını çağıracaq

Bakı. 18 may. REPORT.AZ/ Britaniya "Skripal işi"nə və Suriyada kimyəvi silahdan istifadəyə görə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) sessiyasını çağıracaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Boris Conson bildirib.

O, qeyd edib ki, London iyunda təşkilatın üzvü olan ölkələrin xüsusi sessiyasını keçirməyi təklif edib. Nazirin sözlərinə görə, buna səbəb Şərqi Qutada kimyəvi silahdan istifadə edən Suriya hakimiyyətinin amansızlığı və Solsberidə casus Sergey Skripalın zəhərlənməsi cəhdidir.

"Əsədin Suriyadakı qəddarlığı və Solsberidə qətlə cəhd kimyəvi bizim təhlükəsizliyimizi təmin edən silahların qadağan edilməsi konvensiyasına təhlükə törədir", - deyə Britaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Boris Consondan sitat gətirib. 

Son xəbərlər

Orphus sistemi