Britaniya Şimali Koreyanın raket sınaqlarından narahatdır

Britaniya Şimali Koreyanın raket sınaqlarından narahatdır Böyük Britaniya Şimali Koreyanın raket buraxılışından narahatdır.
Digər ölkələr
15 Yanvar , 2022 00:48
Britaniya Şimali Koreyanın raket sınaqlarından narahatdır

Böyük Britaniya Şimali Koreyanın raket buraxılışından narahatdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Nazirlik Koreya Xalq Demokratik Respublikası (KXDR) rəsmilərini ABŞ-la dialoqa qayıtmağa çağırıb.

"KXDR-in növbəti dəfə iki qısa mənzilli ballistik raketi sınaqdan keçirməsindən dərin narahatıq. Bu sınaqlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması, regional sülh və təhlükəsizliyə təhdiddir", - bəyanatda deyilir.

Britaniya XİN Pxenyana qarşı sanksiyalar rejiminin saxlanmasının vacibliyini vurğulayıb.

Yanvarın 14-də Yaponiya Sahil Mühafizəsi KXDR-in növbəti raket sınaqları həyata keçirdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi