Bakı. 14 may. REPORT.AZ/ Böyük Britaniya İsraildəki səfirliyinin binasını Qüdsə köçürməyəcək.
“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Tereza Meyin sözçüsü bldirib.
“Krallıq ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərara qoşulmur”, - o vurğulayıb.
Qeyd edək ki, mayın 14-də ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçiriləcək. Bu tədbirə etiraz olaraq Fələstinin Qəzza zolağında aksya keçirilib. İsrail sərhədçilərinin açdığı atəş nəticəsində 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Onların arasında güllə yarası alan da var.