Britaniya şahzadəsi Filipp 99 yaşını fərqli qeyd edəcək

Britaniya şahzadəsi Filipp 99 yaşını fərqli qeyd edəcək Bu gün Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filippin 99 yaşı tamam olur.
Digər ölkələr
467
10 İyun , 2020 06:28
Britaniya şahzadəsi Filipp 99 yaşını fərqli qeyd edəcək

Bu gün Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filippin 99 yaşı tamam olur.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, şahzadə Filipp 99-cu ad gününü koronavirus pandemiyasına görə təmtəraqsız keçirəcək.

Aprelin 21-də 94 yaşını tamam etmiş kraliça və həyat yoldaşı hökumət tərəfindən müəyyənləşdirilmiş karantin qaydalarına riayət edərək martdan Vindzor qalasında yaşayırlar.

Edinburq hersoqunun doğum günü kraliçanın bir neçə ay əvvəlki ad günü kimi, ənənəvi, artilleriyanın yaylım atəşi ilə qeyd edilməyəcək, çünki kral cütlüyü belə mərasimlərin epidemiya dövründə yersiz olması qərarına gəlib.

Beləliklə, şahzadə Filippi bayram naharı, həmçinin övladlarından, nəvələrdən və nəticələrdən videogörüntü vasitəsilə təbriklər gözləyir.

Şahzadə Filipp bütün tarix boyu Britaniya kral ailəsinin üzvləri arasında uzunömürlülüyə görə rekord vurub. 2017-ci ildə o və xanımı toy mərasimlərinin 70 illiyini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi