Yuxarı

​Britaniya Rusiyanı hərbi silah sərgisinə buraxmaqdan imtina edib

DSEI 2015 sərgisi 15-18 sentyabrda Londonda keçiriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Böyük Britaniyanın "DSEI 2015" hərbi texnika sərgisinin təşkilatçıları Rusiya nümayəndələrinin tədbirdə iştirak etməsinə razılıq verməyiblər.

"Report" xəbər verir ki, bu barədə "Exo Moskvı" radiostansiyasının efirində "Rostex" Dövlət Korporasiyasının iqtisadi əməkdaşlıq üzrə baş direktor müavini Dmitri Şuqayev məlumat verib.

"DSEI ingilis sərgisi ərizə göndərməyimizə baxmayaraq, bu il rədd cavabı göndərir. Bizim necə deyərlər ingilis "tərəfdaşlarımız" deyirlər: "Biz sizi bu sərgidə görmək istəmirik", — deyə o bildirib və bunu "tamamilə qanqaraldıcı" adlandırıb.

"DSEI 2015" sərgisi 15-18 sentyabr tarixlərində Londonda keçiriləcək. Tədbirdə əsasən quru hərbi texnika sərgilənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi