Britaniya Rəqqanın İŞİD-dən azad olunmasına 1 mlrd. dollardan çox vəsait sərf edib

Britaniya Rəqqanın İŞİD-dən azad olunmasına 1 mlrd. dollardan çox vəsait sərf edib Krallığın Müdafiə Nazirliyi bu vəsaiti üç il ərzində xərcləyib
Digər ölkələr
21 Oktyabr , 2017 07:59
Britaniya Rəqqanın İŞİD-dən azad olunmasına 1 mlrd. dollardan çox vəsait sərf edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Böyük Britaniya İŞİD terror təşkilatının Suriyadakı əsas istinadgahı olan Rəqqa şəhərinin azad olunmasına 1 milyard dollardan çox vəsait sərf edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Press Association" nəşri məlumat yayıb.

Bildirilir ki, Krallığın Müdafiə Nazirliyi bu vəsaiti üç il ərzində sərf edib. Həmin müddət ərzində London ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın tərkibində İŞİD-ə qarşı müqavimət göstərib.

Rəqqaya hücum iyunun 6-da başlanıb.

Son xəbərlər

Orphus sistemi