Britaniya polisi deputatın ölümünü terror kimi qiymətləndirib 

Britaniya polisi deputatın ölümünü terror kimi qiymətləndirib  Böyük Britaniya polisi Mühafizəkarlar Partiyasından olan deputat David Amessin bıçaqlanaraq qətlə yetirilməsini terror kimi qiymətləndirib.
Digər ölkələr
16 Oktyabr , 2021 08:11
Britaniya polisi deputatın ölümünü terror kimi qiymətləndirib 

Böyük Britaniya polisi Mühafizəkarlar Partiyasından olan deputat David Amessin bıçaqlanaraq qətlə yetirilməsini terror kimi qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Britaniya polisinin terrorla mübarizə əməliyyatı üzrə milli koordinatoru Din Heydon hadisəni rəsmi olaraq terror aktı adlandırıb.

Qeyd edək ki, David Amessi bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Somalidən gələn 25 yaşlı şəxs olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi