Britaniya paytaxtında “omikron” ştamına görə fövqəladə vəziyyət elan edilib

Britaniya paytaxtında “omikron” ştamına görə fövqəladə vəziyyət elan edilib London meri Sadiq Xan COVID-19-un “omikron” ştamı ilə yoluxma hallarının sayının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Digər ölkələr
18 Dekabr , 2021 19:49
Britaniya paytaxtında “omikron” ştamına görə fövqəladə vəziyyət elan edilib

London meri Sadiq Xan COVID-19-un “omikron” ştamı ilə yoluxma hallarının sayının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

“Report” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Mer Böyük Britaniyanın paytaxtında son günlər xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayında artım olduğunu vurğulayıb.

Fövqəladə vəziyyət fonunda Londonun Parlament meydanında koronavirus məhdudiyyətlərinə qarşı etirazlar keçirilir. Nümayişçilər peyvənd pasportlarının ləğvini və ictimai yerlərdə mütləq maska ​​taxmağı tələb edirlər.

Bundan əvvəl Böyük Britaniyanın baş sanitar həkimi, professor Kris Uitti bildirib ki, “omikron” ştamı sürətlə yayılacaq, eyni zamanda tez də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi