Bakı. 27 noyabr. REPORT.AZ/ Böyük Britaniya parlamentinin İcmalar Palatası
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın baş naziri Tereza Mey deyib.
"Mən səbrsizliklə palatanın referendumun nəticələrinin həyata keçirilməsini dəstəkləyib-dəstəkləməyəcəyini müəyyən etmək üçün toplaşacağı 11 dekabr tarixini səbrsizliklə gözləyirəm. Bu sövdələşmə təkcə xalqın iradəsini həyata keçirməyəcək, həm də bütün iş yerlərinə zəmanət verəcək", - deyə Mey bazar ertəsi parlamentdə çıxışı zamanı bildirib.
Bundan əvvəl Aİ-yə üzv ölkələrin hamısı "Brexit" sazişini təsdiq edib.