Londonda terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3

Londonda terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3 Bu barədə London polisinin məlumatında bildirilir
Digər ölkələr
23 Mart , 2017 02:32
Londonda terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-3

Bakı. 23mart. REPORT.AZ/ Britaniyanın paytaxtı Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər yaralı var.

"Report" xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

***22:57/ 22 mart

Britaniya parlamenti yaxınlığında baş verən insident nəticəsində 4 nəfər ölüb, azı 20 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

"Dörd nəfər ölüb. Onların arasında parlamenti mühafizə edən polis zabiti və bizim hücumu törətməkdə şübhəli bildiyimiz və polis tərəfindən güllələnən şəxs də var", — deyə polis zabiti Mark Rouli bildirib.

***19:03

Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 12 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, parlamentin işi dayandırılıb, bina mühasirəyə alınıb.

"İnsident, mahiyyət etibarı ilə Vestminster körpüsündə baş verib. Hər yan polis tərəfindən mühasirəyə alınıb, ərazidə polis vertolyotu dövr edir", - deyə "Sky News" telekanalının məlumatında bildirilir.

***

Məlumata görə, insanlara atəş açan şəxs polis tərəfindən öldürülüb. İnsident zamanı bir polis əməkdaşı bıçaq xəsarəti alıb. Digər bir məlumata görə, atışmanın baş verdiyi Vestminster körpüsündə naməlum avtomobil insanların üzərinə sürülüb, 5 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi