Britaniya parlamenti Vestminster sarayını tərk edəcək

Britaniya parlamenti Vestminster sarayını tərk edəcək Birləşmiş Krallığın qanunverici orqanının tarixi iqamətgahını uzunmüddətli təmir gözləyir
Digər ölkələr
1 Fevral , 2018 08:36
Britaniya parlamenti Vestminster sarayını tərk edəcək

Bakı. 1 fevral. REPORT.AZ/ Britaniya parlamenti hər iki palatanın Vestminster sarayından köçürülməsinə səs verib. Birləşmiş Krallığın qanunverici orqanının tarixi iqamətgahını uzunmüddətli təmir gözləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, parlamentarilər qərarı minimal üstünlüklə qəbul ediblər: palataların köçürülməsinin "lehinə" 236 deputat, "əleyhinə" isə 220 deputat səs verib.

Yekun qərarda təminat yer alıb ki, İcmalar və Lordlar palataları tarixi binaya "mümkün qədər tez" qayıdacaqlar.

Palataların harada yerləşəcəkləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi