Britaniya parlamenti Tereza Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verib

Britaniya parlamenti Tereza Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verib Aydan çox davam edən qanunvericilik prosesinə nöqtə qoyulub
Digər ölkələr
14 Mart , 2017 02:21
Britaniya parlamenti Tereza Meyə Brexit prosedurunu işə salmaq səlahiyyəti verib
Foto: "AFP"

Bakı. 14 mart. REPORT.AZ/ Britaniya parlamenti Tereza Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" xəbər verib.

Məlumatda bildirilir ki, Böyük Britaniya parlamenti müvafiq qanun layihəsi qəbul edərək, ölkənin Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı prosedurunu buraxmaq səlahiyyətini baş nazirə verib.

Hökumətin qanun layihəsi yenidən düzəlişlər edilməsi üçün parlamentin yuxarı palatasına daxil olmayıb. Beləliklə, aydan çox davam edən qanunvericilik prosesinə nöqtə qoyulub.

Qanun layihəsinin mətni Britaniya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənib və imzalanması kraliça II Yelizavetaya təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi