Böyük Britaniyada MDB üzrə nazir postu yaradıla bilər

Böyük Britaniyada MDB üzrə nazir postu yaradıla bilər Bu təkliflə Parlamentin İcmalar Palatasının nümayəndələri çıxış ediblər
Digər ölkələr
2 Mart , 2017 05:42
Böyük Britaniyada MDB üzrə nazir postu yaradıla bilər

Bakı. 2 mart. REPORT.AZ/ Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Beynəlxalq komitəsi hesabat çərçivəsində bəyan edib ki, Rusiya və MDB ölkələri ilə münasibətlərə ayrıca diqqət ayırmaq lazımdır.

"Report" xəbər verir ki, bunun üçün parlamentarilər Rusiya və MDB işləri ilə məşğul olacaq nazir postunun yaradılmasını təklif edirlər.

İcmalar Palatasının nümayəndələri güman edirlər ki, bu şəkildə idarənin ekspert səviyyəsi qalxmış olar.

"Böyük Britaniya və Rusiya münasibətlərində qalmaqda olan gərginlik və bu münasibətlərin uzunmüddətli perspektivdə təhlükəsizliyimiz üçün vacibliyini nəzərə alaraq Rusiya və MDB ölkələri üzrə cavabdeh kiçik nazir təyin etmək yerinə düşərdi", - deyə hesabatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi