Britaniya parlamenti "Brexit"lə bağlı yeni tarixi dəstəkləyib

Britaniya parlamenti "Brexit"lə bağlı yeni tarixi dəstəkləyib Böyük Britaniya parlamentinin üzvlərinin əksəriyyəti Londonun Avropa İttifaqından çıxışının yeni tarixini dəstəkləyən təklifi qəbul ediblər. Report xəbər verir ki, bu barədə məlumatı The İndependent nəşri yayıb.
Digər ölkələr
28 Mart , 2019 02:53
Britaniya parlamenti Brexitlə bağlı yeni tarixi dəstəkləyib

Böyük Britaniya parlamentinin üzvlərinin əksəriyyəti Londonun Avropa İttifaqından çıxışının yeni tarixini dəstəkləyən təklifi qəbul ediblər. "Report" xəbər verir ki, bu barədə məlumatı "The İndependent" nəşri yayıb.

Belə ki, səsvermədə iştirak edən Britaniya parlamentarilərinin 441-i yeni tarixi dəstəkləyib, 105 deputat isə təklifin əleyhinə səs verib.

Qeyd edək ki, bundan öncə Böyük Britaniya parlamenti Avropa İttifaqından ayrılma prosesinə (Brexit) nəzarətini nəzərdə tutan təklifi 329 səslə qəbul edib. Qəbul edilən təklifə əsasən parlament "Brexit"lə bağlı bütün təklif və qərarları öz üzərinə götürəcək.

Son xəbərlər

Orphus sistemi