Bakı. 9 İyul. REPORT.AZ/ Böyük Britaniyanın
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Məlumata görə, Tunisdə olan minlərlə britaniyalı turistə terror aktı təhlükəsi ilə əlaqədar olaraq öz tətillərini yarımçıq saxlamaq və tez bir zamanda vətənə qayıtmaq, həmçinin bu ölkəyə səfər etməkdən çəkinmək tövsiyə olunub. XİN-in bəyanatında bildirilir ki, "yeni terror aktları, eləcə də turizm kurortlarında olduqca ehtimal ediləndir".
İyunun 26-da Tunisin dəniz sahilində yerləşən iki otelinə silahlı hücum olub. Terrorçular atəş açaraq onlarla ziyarətçini qətlə yetiriblər. Terrorçuların hücumları nəticəsində ümumilikdə 40 nəfər həlak olub.