Yuxarı

​Britaniya-Niderland neft şirkəti 10 min əməkdaşını ixtisar edəcək

Bir ildə şirkətin ümumi gəliri 15,2 milyard dollar azalıb

Bakı. 4 fevral. REPORT.AZ/ Məşhur "Royal Dutch Shell" Britaniya-Niderland şirkəti 10 min əməkdaşını ixtisar edəcək.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, buna səbəb olaraq, son 13 ildə şirkətin gəlirinin azalması göstərilib. 2015-ci ilin 4-cü rübündə "Shell" 1,8 milyard dollar qazanıb. 2014-cü ilin müvafiq dövründə isə bu rəqəm 3,3 milyard dollar olub.

2014-cü ildə şirkətin ümumi gəliri 19 milyard dollar olduğu halda ötən il 3,8 milyard dollaradək azalıb.

Şirkət bir sıra iri həcmli layihələrdən, məsələn, Alyaska sahillərindəki dənizdə neft kəşfiyyat işlərindən imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi