Britaniya müğənnisi Rod Styuart ABŞ-da uşaq şənliyinə hücuma görə həbs edilib

Britaniya müğənnisi Rod Styuart ABŞ-da uşaq şənliyinə hücuma görə həbs edilib ABŞ polisi Britaniya ifaçısı, 74 yaşlı Rod Styuartı Birləşmiş Ştatlarda uşaq əyləncə gecəsində mühafizəçi ilə davaya görə həbs edib.
Digər ölkələr
4 Yanvar , 2020 08:30
Britaniya müğənnisi Rod Styuart ABŞ-da uşaq şənliyinə hücuma görə həbs edilib

ABŞ polisi Britaniya ifaçısı, 74 yaşlı Rod Styuartı Birləşmiş Ştatlarda uşaq əyləncə gecəsində mühafizəçi ilə davaya görə həbs edib.

“Report”un məlumatına görə, bu barədə “Daily Mirror” qəzeti yazıb.

Qeyd edilir ki, hadisə Yeni il ərəfəsində Floridada baş verib. Yetmiş dörd yaşlı müğənni oğlu və bir neçə uşaqla birlikdə özəl tədbirə daxil olmağa çalışıblar.

Ailə üzvləri əvvəlcə mübahisə etməyə başlayaraq getməkdən imtina edib. Sonra Styuart mühafizəçinin sinəsinə vurub, onun oğlu isə müəssisə əməkdaşlarından birini itələyib.

Nəticədə mühafizəçi polisə müraciət edib. Musiqiçi öz davranışına görə ondan üzr istəyib, ancaq buna baxmayaraq təhlükəsizlik xidmətinin əməkdaşı onun ünvanına ittihamları irəli sürmək fikrindədir.

Son xəbərlər

Orphus sistemi