Britaniya məhkəməsi Assanja ABŞ-yə ekstradisiyasına dair qərara yenidən etiraz etmək icazəsi verib

Britaniya məhkəməsi Assanja ABŞ-yə ekstradisiyasına dair qərara yenidən etiraz etmək icazəsi verib Britaniya məhkəməsi Culian Assanja ABŞ-a ekstradisiyası qərarına yenidən etiraz etməyə icazə verib.
Digər ölkələr
26 Mart , 2024 16:28
Britaniya məhkəməsi Assanja ABŞ-yə ekstradisiyasına dair qərara yenidən etiraz etmək icazəsi verib

Böyük Britaniya məhkəməsi Culian Assanja ABŞ-yə ekstradisiyası qərarına yenidən etiraz etməyə icazə verib.

“Report” TASS-a istinadən bildirir ki, London məhkəməsi ABŞ hökumətinə C.Assanjın məhkəmədəki hüquqlarına hörmət ediləcəyinə və onun ölüm cəzası ilə üzləşməyəcəyinə dair təminat vermək üçün üç həftə vaxt verib.

52 yaşlı avstraliyalıya bu şansı Londondakı İngiltərə və Uels Ali Məhkəməsi fevralda keçirilən dinləmələrdən sonra verib.

“Assanj dərhal ekstradisiya edilməyəcək. Məhkəmə Birləşmiş Ştatlar hökumətinə üç həftə vaxt verib ki, Assanjın ABŞ Konstitusiyasına Birinci Düzəlişi (söz azadlığını qoruyan) tətbiq etmək hüququ olsun, məhkəmənin onun vətəndaşlığına görə qərəzli olmayacağına dair təminat alsın, ölüm cəzası verilməyəcəyi dəqiqləşsin”, - məhkəmənin qərarında deyilir.

Belə təminatların olmadığı təqdirdə, C.Assanj Böyük Britaniya daxili işlər nazirinin onun ekstradisiyası ilə bağlı qərarına etiraz etmək hüququna malik olacaq və məhkəmə ABŞ-yə ekstradisiya olunacağı halda həyatı və sağlamlığına təhlükə yaranacağını söyləyən C.Assanjın müdafiəsinin bütün arqumentlərini yenidən nəzərdən keçirəcək. Məhkəmə qərarı ilə bu iş üzrə yeni məhkəmə iclası mayın 20-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi