Britaniya Maliyyə Nazirliyi Aİ-dən çıxdıqdan sonra iqtisadi şok yaşanacağını proqnozlaşdırır

Britaniya Maliyyə Nazirliyi Aİ-dən çıxdıqdan sonra iqtisadi şok yaşanacağını proqnozlaşdırır Corc Osborn: "Britaniya ölkənin özünün səbəb olduğu, fəsadlarının dərhal hiss olunacağı dərin iqtisadi şoka məruz qalacaq"
Digər ölkələr
23 May , 2016 16:05
Britaniya Maliyyə Nazirliyi Aİ-dən çıxdıqdan sonra iqtisadi şok yaşanacağını proqnozlaşdırır

Bakı. 23 may. REPORT.AZ/ "Avropa İttifaqından 1 illiyə çıxış Böyük Britaniyanı tənəzzülə uğradacaq və ölkənin iqtisadi artım 3,6% azalacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın maliyyə naziri Corc Osborn nazirliyin Aİ-dən mümkün çıxışın iqtisadi nəticələri ilə bağlı araşdırılmasını təqdim edərkən bildirib.

"Britaniya ölkənin özünün səbəb olduğu, fəsadlarının dərhal hiss olunacağı dərin iqtisadi şoka məruz qalacaq", - deyə C.Osborn vurğulayıb.

Qeyd edək ki, Britaniyanın Aİ-dəki üzvlüyü üzrə referendum iyunun 23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi