Yuxarı
    Bağlamaq

    Britaniya kraliçasının həyat yoldaşı xəstəxanaya yerləşdirilib

    Şahzadə infeksiyadan müalicə olunur

    Bakı. 21 iyun. REPORT.AZ/ Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Filip xəstəxanaya yerləşdirlib.

    “Report” BBC-yə istinadən xəbər verir ki, Bukingem sarayı məlumatı təsdiqləyib.

    Saraydan bildirilib ki, şahzadə infeksiyadan müalicə olunur və ciddi narahatlığa əsas yoxdur.

    Xatırladaq ki, 96 yaşlı şahzadə, Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Edinburq hersoqu Filipp payızdan etibarən kral vəzifəsini yerinə yetirməyəcəyini bildirmişdi. Bu qərarı şahzadə Filippin özü qəbul edib və kraliça həyat yoldaşını dəstəkləyib.

    Sarayın rəsmi bəyanatında şahzadənin avqust ayına qədər əvvəlcədən müəyyən olunmuş qrafik üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcəyi göstərilib. O, yeni dəvətləri qəbul etməyəcək, amma ara-sıra müəyyən ictimai tədbirlərə qatılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi