​Britaniya kraliçasının 90 yaşı tamam olur

​Britaniya kraliçasının 90 yaşı tamam olur II Yelizaveta 94 yaşlı əri, şahzadə Filiplə Vindzor parkını gəzəcək
Digər ölkələr
21 Aprel , 2016 08:50
​Britaniya kraliçasının 90 yaşı tamam olur

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Böyük Britaniya kraliçası II Yelizavetanın 90 illik yubileyidir.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

II Yelizaveta 1952-ci ildə kraliça taxtında oturub. O, Britaniya tarixində taxtda ən çox oturan monarxdır.

Kraliçanın yubileyi münasibətilə müxtəlif tədbirlər nəzərdə tutulub. Onlardan biri də II Yelizavetanın 94 yaşlı əri, şahzadə Filiplə Vindzor parkını gəzməsidir. Bundan sonra o, Britaniya və ondan xaricdə şərəfinə yandırılacaq min məşəldən birini yandıracaq.

Məlumata görə, bu günü II Yelizaveta ailəsinin əhatəsində keçirəcək.

İnformasiyaya əsasən, kraliçanın əsas yubiley tədbiri iyunda keçiriləcək. Çünki o, rəsmi doğum gününü bir qayda olaraq, həmin tarixdə qeyd edir. 

Son xəbərlər

Orphus sistemi