Britaniya: Kral sarayı körpə bacı-qardaş şahzadələrin birgə fotolarını yayıb

Britaniya: Kral sarayı körpə bacı-qardaş şahzadələrin birgə fotolarını yayıb Növbəti dəfə şahzadə Uilyams və Ketrinin uşaqlarını iyulun 5-də görmək olacaq
Digər ölkələr
9 İyun , 2015 00:48
Britaniya: Kral sarayı körpə bacı-qardaş şahzadələrin birgə fotolarını yayıb

Bakı. 9 İyun. REPORT.AZ/ Kensington sarayı twitter-də şahzadə Şarlotta və şahzadə Corcun fotolarını yayıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, fotolar uşaqların anası, Kembric hersoginyası Ketrin tərəfindən çəkilib.

Şəkillərdə Kembric hersoqu və hersoginyasının böyük oğlu Corc mayın 2-də dünyaya gəlmiş bacısı Şarlotta ilə birlikdə təsvir edilib.

Fotolar şahzadə Uilyams ailəsinin Londondan köçdüyü Norfolkdakı malikanəsində çəkilib.

Növbəti dəfə şahzadə Uilyams və Ketrinin uşaqlarını iyulun 5-də Şarlottanın xaç suyuna çəkilməsi mərasimində görmək olacaq.

Son xəbərlər

Orphus sistemi