Britaniya hökuməti ölkənin Suriyanın bombalanmasında iştirakına icazə verib

Britaniya hökuməti ölkənin Suriyanın bombalanmasında iştirakına icazə verib Bu barədə Nazirlər Kabinetinin iclasında qərar qəbul olunub
Digər ölkələr
12 Aprel , 2018 22:55
Britaniya hökuməti ölkənin Suriyanın bombalanmasında iştirakına icazə verib

Bakı. 12 aprel. REPORT.AZ/ Böyük Britaniyanın Nazirlər Kabineti krallığın Suriyaya mümkün zərbə endirilməsi aksiyasında iştirakına icazə verib.

“Report” xəbər verir ki, bu barədə baş nazir Tereza Meyin sədrliyi ilə keçən iclasda qərar qəbul olunub.

Çərşənbə axşamı Britaniyanın baş naziri Tereza Mey bildirib ki, ABŞ prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makron belə bir qənaətə gəliblər ki, beynəlxalq ictimaiyyət kimyəvi silahın tətbiqinə qadağanın dəstəklənməsi naminə Suriyaya ehtimal olunan hücuma reaksiya verməlidir.

Son xəbərlər

Orphus sistemi