Britaniya hökuməti Əfqanıstana 69 milyon dollar ayıracaq

Britaniya hökuməti Əfqanıstana 69 milyon dollar ayıracaq Böyük Britaniya Əfqanıstana humanitar yardım göstərmək üçün 50 milyon funt sterlinq (69 milyon ABŞ dolları) ayıracaq.
Digər ölkələr
31 Oktyabr , 2021 17:05
Britaniya hökuməti Əfqanıstana 69 milyon dollar ayıracaq

Böyük Britaniya Əfqanıstana humanitar yardım göstərmək üçün 50 milyon funt sterlinq (69 milyon ABŞ dolları) ayıracaq.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisinin yaydığı məlumatda deyilir.

Bu vəsait 2,5 milyon vətəndaşa ərzaq, dərman, sığınacaqların tikintisi üçün materialların tədarükü üçün istifadə olunacaq.

Maliyyələşdirmə sentyabr ayında elan edilən 286 milyon funt sterlinq (390 milyon ABŞ dolları) xilas paketinin bir hissəsi olacaq. O, BMT təşkilatları və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi